"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, "Taliban" hərəkatı nümayəndələri Əfqanıstan prezidenti Həmid Kərzayinin kiçik qardaşı Əhməd Vəli Kərzayinin qətlini öz üzərlərinə götürmüşlər. Onlar etiraf etmişlər ki, Əhməd Vəlinin qətlə yetirilməsi üçün xüsusi killer hazırlamışlar. Bu sui-qəsd "Taliban" hərəkatı tarixinə ən uğurlu qətl hadisəsi kimi düşmüşdür. H.Kərzayinin qardaşının qətlə yetirilməsi haqda məlumat Əfqanıstanın Xarici İşlər Nazirliyinin nümayəndələri və Qəndəhar əyaləti şurasının başçısı tərəfindən təsdiq edilmişdir.
50 yaşlı Əhməd Vəli iyulun 12-də Qəndəhar əyalətindəki evində qətlə yetirilmişdir. Rəsmi versiyaya görə, prezidentin qardaşını "Kalaşnikov" avtomatından açılan güllə ilə onun öz mühafizəçisi qətlə yetirmişdir. Killerin şəxsiyyəti haqda məlumat verilmir. Əfqanıstanın xüsusi xidmət orqanlarına əsaslanan "Frans Press"in məlumatına görə, Əhməd Vəlini Sərdar Məhəmməd adlı yaxın dostu güllələmiş və bundan dərhal sonra onun özünü mühafiəzçilər qətlə yetirmişlər. Ölkə prezidentinin ata bir qardaşı olan Əhməd Vəlinin Əfqanıstanda və eləcə də, Qəndəhar əyalətində böyük nüfuzu vardı. Qərbin kütləvi informasiya vasitələri Əhməd Vəlini ölkənin nəhəng narkobaronu adlandırır və onun Mərkəzi Kəşfiyyat İdarəsi ilə yaxın əlaqəsindən yazdırdılar. Həm Əhməd Vəli, həm Əfqanıstan və ABŞ rəsmiləri bu məlumatı təkzib edirdilər.
Əhməd Vəlinin həyatına sui-qəsd bir neçə dəfə uğursuzluqla nəticələnmişdi. 2009-cu ildə onun korteji mühasirəyə düşmüş və qumbaraatanlardan atəşə məruz qalmışdı. O vaxt prezidentin qardaşı bədən xəsarəti almamışdı. Həmin hadisədən bir müddət əvvəl Əhməd Vəlinin Qəndəhardakı mənzil-qərargahını kamikadze vasitəsilə partlatmışdılar. Nəticədə 13 nəfər həlak olmuşdu. Həmin hadisədən cəmi bir neçə dəqiqə əvvəl Əhməd Vəli binanı tərk etmişdi.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...