PDF Oxu

Dünya

  • 1 164

Hillari Klinton Bəşər Əsəd hakimiyyətinin qeyri-legitim olduğunu bəyan edib

Hillari Klinton Bəşər Əsəd hakimiyyətinin qeyri-legitim olduğunu bəyan edib

"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, ABŞ-ın dövlət katibi Hillari Klinton Suriya prezidenti Bəşər Əsədin legitimliyini itirdiyini bəyan etmişdir. "Röyters"in məlumatına görə, H.Klinton S.Əsədi Suriya üçün əvəzedilməz şəxs hesab etmir və ABŞ-ın bu şəxsi hakimiyyətdə saxlaması üçün heç bir marağı yoxdur. Onun dediyinə görə, ABŞ regionda demokratik dəyişikliklərin keçirilməsi üçün Suriya xalqının iradəsinin gerçəkləşdirilməsinə çalışır.

H.Klintonun bu bəyanatı Dəməşqlə Vaşinqton arasında münasibətlərin növbəti gərginləşməsi fonunda səslənmişdir. Amerika səfiri Robert Ford müxalifətin nəzarət altında saxladığı Hama şəhərinə səfəri, haqqında söhbət gedən gərginliyin daha da artmasına zəmin yaratmışdır. İyulun 7-8-də həmin ərazidə olan R.Ford suriyalıların dinc nümayiş keçirmələri hüququnun tanınmasını tələb etmişdir. Rəsmi Dəməşq onun bu hərəkətini Suriyanın daxili işlərinə müdaxilə kimi qiymətləndirmişdir.

İyulun 11-də R.Fordun hərəkətindən narazı qalan B.Əsəd tərəfdarları Dəməşqdəki Amerika səfirliyinə hücum etmişlər. Onlar binanın pəncərələrini sındırmış, divarlara xüsusi yazılar yazmış, binanın damında Suriya bayrağını ucaltmışdılar. Amerikanın hakimiyyət dairələri buna cavab olaraq Suriya hökumətini diplomatik obyektlərin mühafizəsi üzrə üzərinə götürdüyü beynəlxalq öhdəlikləri yerinə yetirməməkdə ittiham etmişdir.

Suriyada B.Əsədin istefası və ölkədə demokratik azadlıqların təminatı tələbi ilə başlanan kütləvi etiraz aksiyaları 2011-ci ilin martında başlanmışdır.

Digər xəbərlər