PDF Oxu

Dünya

  • 1 035

Almaniya “Yaşıllar”ının lideri Putinə görə “Kvadriqa” mükafatı heyətini tərk edib

Almaniya “Yaşıllar”ının lideri Putinə görə “Kvadriqa” mükafatı heyətini tərk edib

"DW-WORLD" nəşrinin yazdığına görə, Almaniyanın "Yaşıllar" partiyasının həmsədri Cem Özdemir nüfuzlu alman "Kvadriqa" mükafatının Rusiya Federasiyasının baş naziri Vladimir Putinə təqdim edilməsinə etiraz əlaməti olaraq nümayişkəranə surətdə şura heyətini tərk etmişdir. C.Özdemir hərəkətinə bu cür şərh vermişdir: "Mənim düşüncəmə görə, bu mükafat demokratiyanın inkişafına xüsusi töhfə vermiş adamlara təqdim edilməlidir. Putində isə bu cür xüsusiyyət yoxdur". C.Özdemir Putini Vatslav Qavel və Mixail Qorbaçov kimi siyasətçilərlə bir sırada görmədiyini bildirmişdir. Xatırladırıq ki, adları çəkilən şəxslər əvvəllər "Kvadriqa" mükafatına layiq görülmüşlər. C.Özdemir mükafatın V.Putinə təqdim edilməsinin yeganə əleyhdarı olmuşdur. Əvvəllər "Yaşıllar" həmsədri V.Putini dəfələrlə avtoritarizmdə ittiham etmişdir.

V.Putinə mükafatın təqdim edilməsi Almaniyada müxtəlif rəy formalaşdırmışdır. "Yaşıllar"ın ikinci həmsədri Klaudia Rot bu qərarı "hüquq müdafiəçilərinin sifətlərinə şapalaq" kimi qiymətləndirmişdir. Bundestaqın xarici siyasət məsələləri üzrə komitəsinin sədri Ruprext Polents isə məsələyə bu cür münasibət bildirmişdir: "Putin Rusiyanın iqtisadi inkişafını təmin etmişdir. Ölkədə hüquqi dövlət yaradılması və insan hüquqlarının təmin edilməsi məsələləri isə kənarda qalmışdır". Hökumətin insan hüquqları üzrə səlahiyyətli nümayəndəsi Markus Leninq Rusiyanın baş naziri V.Putinin "demokratiyanı dağıtmaqla, azadlıqları isə məhdudlaşdırmaqla" və "Rusiyanı korrupsiyaya satmaqla" məşğul olduğunu bildirmişdir.

Mükafatın V.Putinə təqdim edilməsi mərasimi oktyabrın 3-də Berlində Alman Birliyi Günündə baş tutacaqdır.

Digər xəbərlər