"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, iyulun 13-də Fransanın müdafiə naziri Jerar Lonqe belə bir bəyanat vermişdir ki, Rusiya və Çin BMT TŞ-nin Suriya hökumətinin öz xalqına münasibətdə qırğına yol verməsi məsələsini müzakirə edərkən onun qəbul etdiyi qətnaməni blokadaya almaqla özlərini "yüngül tərzdə" aparır.
"Çin və Rusiya kimi ölkələr belə bir ümumi qaydaya riayət etməlidirlər: heç bir Qərb ölkəsi Suriya müxalifətinə qarşı artilleriya dili ilə danışmamalıdır. Əsasnamə layihəsinin blokadaya alınması, sadəcə olaraq, yüngüllükdür. Axı Bəşər Əsəd ölkə müxalifətini neytrallaşdırmaq üçün bütün imkanlarını səfərbərliyə almışdır" deyə nazir bildirmişdir.
J.Longenin bu fikirlərini Fransanın xarici işlər naziri Fransua Fiyon da dəstəkləmişdir. Onun dediyinə görə, Rusiya və Çinin BMT TŞ-nin əsasnamə layihəsini blokadaya almasını "qəbuledilməz hesab edilməlidir".
Fransa, Böyük Britaniya, Almaniya və Portuqaliya artıq bir neçə aydır ki, BMT TŞ-yə təklif edirlər ki, Suriya hökumətinin müxalifəti təzyiq altında saxlamasına qarşı ciddi əsasnamə layihəsi qəbul etsin. Təhlükəsizlik Şurasında veto hüququna malik olan Rusiya və Çin bu təklifin əleyhinə çıxır.
Bəşər Əsədin tərəfdarları iyulun 11-də Dəməşqdəki Amerika səfirliyinə hücum etmişdilər. ABŞ-ın dövlət katibi Hillari Klinton Suriyanı qeyri-legitim hökumət kimi xarakterizə etmişdir.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...