"BBC Nyus" informasiya agentliyinin yaydığı məlumata görə, 700 nəfərə yaxın Misir polisi 2011-ci ilin əvvəllərində nümayişçilərə qarşı divan tutduqlarına və onların ölümlərinə səbəb olduqlarına görə, yaxın vaxtlarda tutduqları vəzifələrdən azad ediləcəklər. Misirin daxili işlər naziri Mənsur əl-İsavi faktın doğruluğunu təsdiq etmişdir. Nazirin dediyinə görə, avqustun 1-dək 505 general və 164 zabit tutduqları postdan istefaya göndəriləcəklər. Misir dövlət televiziyasının verdiyi məlumata görə, 37 keçmiş polis əməkdaşına qarşı qətl ittihamı qaldırılacaqdır.
Xatırladırıq ki, nümayişçilərin öldürülməsində suçlu bilinən polis əməkdaşlarını tutduqları vəzifələrdən azad edilmələrini hazırda Misir küçələrinə axışan nümayişçilər tələb edirlər. Onlar keçmiş prezident Hüsnü Mübarəkin də cəzalandırılması tələbi ilə çıxış edirlər. Misirin Ali Silahlı Qüvvələri Şurasının nümayəndəsi sentyabra təyin edilən parlament seçkilərinin oktyabr və ya noyabrda keçiriləcəyini bildirmişdir.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...