"Frans Press" informasiya agentliyinin ölkənin Daxili İşlər Nazirliyinə əsaslanaraq, yaydığı məlumata görə, Venesuela polisi 27 gün ərzində "El-Rodeo" həbsxanasında davam edən məhbusların üsyanını boğaraq, nəzarəti öz üzərlərinə götürmüşlər. Venesuela xarici işlər naziri Tarek El-Aissami hadisəni bu cür şərh etmişdir: "Sevinc hissi ilə demək istəyirəm ki, "El-Rodeo" həbsxanasında baş vermiş üsyan 30-a yaxın məhbusun öldürülməsi ilə başa çatmışdır. Üsyanı dinc yolla yatırmaq mümkün olmuşdur."
"BBC Nyus"un məlumatına görə, "El-Rodeo" həbsxanasından 800 nəfərdən çox məhbus çıxarılmışdır. Onlar üzərində tibbi nəzarət başa çatdıqdan sonra hamısı iki yerə bölünərək, iki başqa-başqa həbsxanalara aparılacaqlar. "El-Rodeo" həbsxanasının strukturu üsyan nəticəsində dağıdıldığına görə, burada bərpa işləri aparılacaqdır.
Ölkənin şimalında Miranda ştatında yerləşən "El-Rodeo" həbsxanasında üsyan iyunun 12-də başlanmışdır. Bir qrup məhbus bir neçə yüz adamı girov götürərək, onları hakimiyyət dairələrinə təslim olmaqdan çəkindirirdi. Məhbuslarda avtomat silahlar və qumbaralar olduğu üçün üsyanı yatırmaq çətinləşmişdi. Üsyançılara qarşı 4 min nəfər milli qvardiya döyüşçüsü cəlb edilmişdir. Üsyan qvardiyaçıların hücumu nəticəsində yatırılmışdır.
14 min nəfər məhbus üçün nəzərdə tutulan bu həbsxanada 50 min nəfər saxlanılırdı.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...