"Vaşinqton Tayms" qəzetinin yazdığına görə, ABŞ prezidenti Barak Obamanın şəxsi və bütövlükdə administrasiyasının reytinqi ərəb ölkələrində kəskin surətdə aşağı düşmüşdür. Ancaq kiçik Corc Buşun və administrasiyasının reytinqi kifayət dərəcədə yüksək idi. Bu nəticə müstəqil Amerika Ərəb İnstitutunun keçirdiyi rəy sorğusu nəticəsində əldə edilmişdir.
Misir, İordaniya, Livan, Mərakeş, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərində rəyi soruşulan 4 min nəfərin əksəriyyəti Barak Obamanın 2009-cu ilin 4 iyulunda Qahirədə söylədiyi nitqində vəd etdiklərini yerinə yetirmədiyini və ərəb ölkələrinin ümidlərini doğrultmadığını bildirmişdir. O vaxt B.Obama öz nitqində ABŞ və islam aləmi ilə münasibətdə "yeni era"nın qədəm qoyduğunu bildirmişdi. ABŞ prezidenti ərəb ölkələrinə müraciətlə "qarşılıqlı şübhələrə və nifaqa" son qoymağın vaxtı çatdığını vurğulamışdı. B.Obamadan daha çox narazı qalan Livan olmuşdur. Burada rəyi soruşulanların yalnız bir faizi ABŞ prezidentinin Qahirə nitqindəki vədlərini doğrultduğunu bildirmişdir. Misirdə də, bütövlükdə, Amerika siyasətini bəyənmirlər. Rəyi soruşulanların cəmi 5 faizi ABŞ-a müsbət tərzdə yanaşdığını bildirir. 2008-ci ildə prezidentlik müddəti başa çatan Corc Buşa misirlilərin 9 faizi müsbət rəy vermişdi. Yalnız Səudiyyə Ərəbistanı ABŞ-a inamlı yanaşmışdır. Rəyi soruşulanların 30 faizi B.Obamadan razı qaldıqlarını bildirmişdir.
B.Obama administrasiyası Fələstin problemlərinin nizamlanmasına söz vermişdi. Bu məsələyə münasibət bir o qədər də yaxşı olmamışdır. Rəyi soruşulan mərakeşlilərin 56, livanlıların 84, iordaniyalıların isə 74 faizi Fələstində vəziyyətin daha da pisləşdiyini bildirmişdir.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...