PDF Oxu

Dünya

  • 1 091

Çin hökuməti daşqınlardan ölənlərin sayını müəyyənləşdirib

Çin hökuməti daşqınlardan ölənlərin sayını müəyyənləşdirib

"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, Çinin hakimiyyət dairələri iyulun 17-də belə bir məlumat veriblər ki, iyunun əvvəllərində başlanan daşqın və sürüşmələr nəticəsində 460 nəfərdən çox adam həlak olmuş və ya itkin düşmüşdür. Çin hökuməti təbii fəlakətlərdən ölkənlərin sayının 335 nəfər, itkini düşənlərin isə 112 nəfər olduğunu bəyan etmişdi. 2,3 milyon adam fəlakət zonasından evakuasiya edilmişdir.

İlin bu vaxtlarında Çində leysan yağışları və daşqınlar adi hal hesab edilir. Ancaq son illər təbii fəlakətlərin dairəsi get-gedə genişlənir. Ötənilki daşqın son bir neçə onillik ərzində ən güclü daşqın kimi qeydə alınmışdır. O vaxt 4300 nəfər həlak olmuş və ya itkin düşmüşdür. 2010-cu ilin avqustunda Qansu əyalətində baş vermiş yalnız bir sürüşmə nəticəsində 1500 nəfər həlak olmuşdur.

Yazda baş verən quraqlıq son 50 ildə Çində ən uzun sürən quraqlıq kimi qeydə alınmışdır. O vaxt meteoroloqlar xəbərdarlıq edirdilər ki, bu cür hava şəraiti asanlıqla leysan yağışlarla əvəz edilə bilər.

Digər xəbərlər