PDF Oxu

Dünya

  • 1 061

Suriyada ələvilər və sünnilərin qarşıdurması zamanı 30 nəfər həlak olub

Suriyada ələvilər və sünnilərin qarşıdurması zamanı 30 nəfər həlak olub

"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, Suriyanın Homs şəhərində prezident Bəşər Əsədin tərəfdarları ələvilər və müxalifətçi sünnilər arasında baş vermiş qarşıdurma zamanı ən azı 30 nəfər həlak olmuşdur. Qarşıdurmanın səbəbi yaxın günlərdə iqtidar rejiminin üç tərəfdarının girov götürülərək qətlə yetirilməsi olmuşdur. Əvvəllər tərəflər bir-birini daşa basmışlar. Ancaq bundan dərhal sonra tərəflər odlu silahdan istifadə etmişlər. Suriyanın təhlükəsizlik qüvvələri qarşıdurmanın qarşısını almamışdır.

Hüquq-müdafiə təşkilatları belə hesab edirlər ki, insident, ilk növbədə, Suriya inqilabı əleyhdarları üçün faydalıdır. Çünki bu yolla istənilən qarşıdurmanı vətəndaş müharibəsinə çevirmək mümkündür. Son bir neçə gün ərzində Suriyada gərginlik artmaqdadır. İyulun 15-də ölkənin böyük şəhərlərində çoxsaylı etiraz aksiyaları keçirilmişdir. Nümayişlər dağıdılarkən onlarla insan öldürülmüşdür.

Digər xəbərlər