"Kommersant" qəzetinə müsahibə verən Rusiya Liberal-Demokrat Partiyasının (RLDP) lideri Vladimir Jirinovski belə bir bəyanat vermişdir ki, növbəti prezident seçkilərində nə hazırkı prezident Dmitri Medvedev, nə də ölkənin baş naziri Vladimir Putin seçilməsəydilər, daha yaxşı olardı. "Ölkə əhalisi yeni adamın seçilməsini gözləyir" deyə RLDP lideri bildirmişdir.
Onun fikrincə, hadisənin bu cür gedişi ideal variant hesab edilərdi. V.Jirinovskinin fikrincə, "Yedinaya Rossiya" partiyası Dövlət Dumasına keçirilən seçkilərdə 40 faizdən artıq səs qazanmayacaqdır. O, bundan sonra, başqa şəxsin prezident seçiləcəyini bildirmişdir. "Kreml öz namizədini irəli sürəcəkdir. Ancaq RLDP də, Rusiya Federasiyası Kommunist Partiyası da (RFKP) öz namizədi ilə seçkilərdə iştirak edəcəkdir. "Spravidlivaya Rossiya" Partiyası yenə də özünün Oksana Dmitriyevasının namizədliyini irəli sürəcəkdir. Ancaq heç vaxt nə prezident, nə də baş nazir seçilməmiş başqa birisi də olmalıdır ki, 2 milyonadək imza toplaya bilsin" deyə V.Jirinovski bildirmişdir.
V.Jirinovski prezident administrasiyasının başçısı Sergey Narişkinin, baş nazirin birinci müavini İqor Şuvalovun, Moskva meri Sergey Sobyaninin və Sankt-Peterburq qubernatoru Valentin Matviyenkonun da prezident seçilməsini istəmir. Yeri gəlmişkən, üç dəfə Rusiya prezident seçkilərində iştirak edən RLDP lideri heç vaxt uğur qazanmamışdır. Nə D.Medvedev, nə də V.Putin indiyədək prezident seçkilərində iştirak edəcəkləri haqda bəyanat verməmişlər.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...