PDF Oxu

Dünya

  • 1 082

Qırğızıstanda prezident postuna 10 namizəd müəyyən edilib

Qırğızıstanda prezident postuna 10 namizəd müəyyən edilib

"24.kq" informasiya agentliyinin yaydığı məlumata görə, Qırğızıstanda prezident seçkilərində iştirak etmək istəyənlərin sayı 10 nəfərə çatmışdır. İyulun 19-da siyahını Kommunist Partiyasının lideri İshak Masaliyev başa çatdırmışdı. Qırğızıstan Mərkəzi Seçki Komissiyası namizədləri qeydə almışdır.

Bir müddət əvvəl "Ata-Jurt" partiyası ölkənin Qırğızıstan fövqəladə vəziyyət komitəsinin keçmiş başçısı Kamçibek Taşıyevin namizədliyini irəli sürmüşdür. "Bütün Qırğızıstan" Partiyası Qırğızıstanın Təhlükəsizlik Şurasının keçmiş katibi Adaxan Madumarovun, Yaşıllar Partiyası lideri Erkin Bulekbayevin, "El üçün" partiyası isə lideri Arstanbek Abdıldayevin namizədliyini irəli sürmüşdür. Qırğızıstan parlamentinin deputatı Kurmanbek Osmanov da öz namizədliyini irəli sürmüşdür. Qırğızıstan MSK-sı daha dörd nəfər müstəqil şəxsin namizədliyini qeydə almışdır: Barktabas Azemkulov, İqor Trofimov, Turqumbek Narikeyev və Jıldızbek Stambayev. Namizədlərin irəli sürülməsi avqustun 16-dək davam edəcəkdir.

Qırğızıstanda prezident seçkiləri oktyabrın 30-da keçiriləcəkdir.

Digər xəbərlər