"BBC Nyus" informasiya agentliyinin yaydığı məlumata görə, Budapeşt məhkəməsi keçmiş macar jandarmı Şandor Kepironun 1942-ci ildə törədilmiş hərbi cinayətkarlıqda əli olmadığını aşkara çıxarmışdır. 97 yaşlı Ş.Kepiro həmin vaxt Serbiyada 30 nəfərdən çox yəhudi və serbin qətlində ittiham edilmişdir.
1942-ci ilin yanvarında ölkənin şimalında yerləşən Novi-Sad şəhərində keçirilən cəza əməliyyatı zamanı 1200 nəfərədək insan həlak olmuşdur. İttiham tərəf Ş.Kepironun həbs edilməsi tələbi ilə çıxış etmiş və ondan 23300 dollar məhkəmə xərci tutmağı münasib bilmişdir. Müttəhim üzərinə qoyulan ittihamı rədd etmişdir. Dediyinə görə o, yəhudilərin ələ keçirilməsində iştirak etsə də, onları güllələməmişdir.
Ş.Kepiro siyahıda axtarışda olan üçüncü cinayətkar kimi qeydə alınmışdı. Həmin siyahını 2008-ci ilin aprelində Amerikanın hüquq-müdafiə təşkilatı olan Simon Vazental Mərkəzi tərtib etmişdir.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...