PDF Oxu

Dünya

  • 943

ABŞ diplomatları Qəddafinin elçiləri ilə görüşüblər

ABŞ diplomatları Qəddafinin elçiləri ilə görüşüblər

"Assoşieyted Press" informasiya agentliyinin ABŞ prezidenti administrasiyasına əsaslanaraq, yaydığı məlumata görə, Amerika diplomatları Müəmmər Qəddafi hökumətinin nümayəndələri ilə görüş keçirmişlər. Liviya liderinin mətbuat xidməti də bu cür görüşün keçirildiyi faktını təsdiq etmişdir. Amerika administrasiyası nümayəndələri görüşün iyulun 16-da "üçüncü ölkələrdən birinin ərazisində" keçirildiyini bildirirlər. Görüşdə Amerika tərəfdən üç yüksək vəzifəli diplomat, o cümlədən, ABŞ-ın dövlət katibinin müavini Ceffri Feldman və M.Qəddafinin yaxın ətrafından 4 nəfər iştirak etmişdir. Agentliyin məlumatına görə, görüşün keçirilməsinin məqsədi "M.Qəddafiyə vəzifəsindən getməyin vacibliyi haqda aydın anlayış vermək olmuşdur". Bu görüşün iyulun 15-də ABŞ Milli Keçid Şurasının (MKŞ) rəsmi surətdə tanıdıqdan sonra keçirildiyi bildirilir. Hazırda ABŞ MKŞ-ni Liviyanın yeganə qanuni hökumət hesab edir. Deyilənə görə, bundan sonra Qəddafinin elçiləri ilə heç bir görüş keçirilməyəcəkdir.

M.Qəddafi tərəfdarları Tunisdə keçirilən bu görüşdə Tripoli və Vaşinqton arasında ikitərəfli əlaqələrin bərpa edilməsi məsələsinin müzakirə edildiyi bildirilir. İyulun 11-də "Əl-Xəbər" Əlcəzair qəzetinin yazdığına görə, M.Qəddafinin oğlu Saif əl-İslam Tripolidə Fransa rəhbərliyi ilə danışıqlar apardığı haqda məlumat vermişdi. Fransanın xarici işlər nazirliyi qəzetdəki müsahibəyə heç bir şərh verməsə də, dolayı yolla danışıqların keçirildiyi faktını təsdiq etmişdir. M.Qəddafi tərəfdarları ABŞ və Fransadan başqa Türkiyə nümayəndələri ilə görüşmüşlər.

Digər xəbərlər