PDF Oxu

Dünya

  • 1 049

Serbiyada sonuncu hərbi cinayətkar həbs edilib

Serbiyada sonuncu hərbi cinayətkar həbs edilib

"B92" Serbiya telekanalının iyulun 20-də verdiyi məlumata görə, ölkənin hakimiyyət dairələri Haaqa Tribunalı tərəfindən axtarışda olan sonuncu hərbi cinayətkar Qoran Haciçin həbs edilməsi haqda bəyanat vermişlər. Həmin şəxs Balakanlarda gedən müharibə zamanı törədilmiş hərbi cinayətlərdə şübhəli bilinirdi. Q.Haciçin həbs edilməsi haqda məlumat iyulun 19-da yayılmışdı. Ancaq tezliklə təkzib verildi. Yaxın vaxtlarda Serbiya prezidenti Boris Tadiç Q.Haciçin həbs edilməsi haqda rəsmi bəyanat verəcəkdir.

Serb əsilli xorvat siyasətçisi Q.Haciç Serbiya dövləti tərəfindən tanınılmamış Serb Krainası Respublikasının rəhbəri idi. Bu respublika 1992-1995-ci illərdə Xorvatiya ərazisində mövcud olmuşdur. 2004-cü ildə Keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Haaqa Tribunalı Q.Haciç üzərinə 14 epizoddan ibarət bəşəriyyət əleyhinə hərbi cinayət maddələri tətbiq etmişdir. Serbiya hökuməti cinayətkarın yerini deyən şəxslərə 1,4 milyon dollar vəd etmişdi. ABŞ hökuməti Q.Haciçin gizləndiyi yeri deyən şəxslərə 5 milyon mükafat təklif etmişdi.2011-ci ilin mayında Serbiya Respublikasının keçmiş ordu komandiri Ratko Mladiç həbs edildikdən sonra Q.Haciç son cinayətkar kimi toxunulmaz qalmışdı.

Digər xəbərlər