PDF Oxu

Dünya

  • 956

Alman polisi islamçıların evində axtarış aparıb

Alman polisi islamçıların evində axtarış aparıb

"Şpigel" qəzetinin yazdığına görə, Baden-Vürtemberq polisi "dövlət əleyhinə ağır cinayətlər törətməyə hazırlaşan" bir qrup islamçının evində axtarış aparmışdır. Axtarışlar Ştutqart və Lüdviqsburq dairələrindəki 1 ofis və 8 mənzildə aparılmışdır. Otaqlardan təşviqat materialları və 10 min avroya yaxın pul tapılıb müsadirə edilmişdir. Həbs edilən 4 Almaniya vətəndaşının ikisi 41-dən 51 yaşadək olan türk əsilli, daha ikisi isə Türkiyə vətəndaşı olmuşdur. İstintaqın gəldiyi qənaətə görə, həbs edilənlərin hamısı xaricdəki terrorçu qruplaşmalar üçün pul yığmaqla məşğul olurdular. "SWR" radiosunun məlumatına görə, şübhəlilərdən biri Ştutqartda yaşayır və 1990-cı illərdən polisin nəzarəti altındadır. Bəzi məlumatlara görə, həmin şəxs "Xilafət dövləti" adlı qadağan edilmiş birliyin üzvüdür və 1990-cı illərdə Çeçenistanda silahlılar tərəfində döyüşmüşdür. Alman prokurorluğu bu məlumatı rəsmən təsdiq etməmişdir. "Xilafət dövləti" birliyi türk islamçısı Mətin Kaplan tərəfindən yaradılmış və fəaliyyəti o vaxtkı AFR-in daxili işlər naziri Otto Şili tərəfindən qadağan edilmişdir. 2005-ci ildə "Köln xəlifəsi" adı ilə də məşhur olan Mətin Kaplan Türkiyədə törədilmiş terror aktlarına görə, ömürlük həbs cəzasına məhkum edilmişdir.

Digər xəbərlər