"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, Fransanın xarici işlər naziri Alen Jüppe iyulun 20-də belə bir bəyanat vermişdi ki, ölkədə vətəndaş müharibəsi başa çatdıqdan sonra Müəmmər Qəddafi müəyyən şərtlər daxilində Liviyada qala bilər.
Nazir bu imkanın o vaxt gerçəkləşəcəyini bildirmişdir ki, cəmahiriyyə lideri siyasi səhnəni tərk etmiş olsun. Bir müddət əvvəl isə Fransa rəsmiləri də NATO üzrə həmkarları kimi yalnız M.Qəddafinin xaricə getməsindən sonra Liviyada konfliktin nizama salınmasının mümkünlüyünü bildirmişdilər.
Liviya üsyançıları dəfələrlə bəyan etmişdilər ki, Tripoli ilə sülh danışıqları o zaman mümkün olacaqdır ki, cəmahiriyyə lideri ölkəni tərk edib xaricə getmiş olsun. Fransa prezidenti Nikolya Sarkozinin başçılığı ilə Benqaziyə getmiş Fransa nümayəndələri iyulun 20-də Parisə qayıtmışlar. Mümkündür ki, üsyançılar öz mövqelərini Fransa nümayəndə heyətinin mövqeyi ilə uzlaşdırsın.
M.Qəddafi isə dəfələrlə təkrar etmişdir ki, heç zaman Liviyanı tərk edib xaricə getməyəcəkdir. O öz mövqeyini bu cür şərh etmişdir: "Bütün xalqım məni sevir". Liviyada vətəndaş müharibəsi 2011-ci ilin fevralında başlanmışdır. Bu vaxt ərzində hər iki tərəfdən minlərlə adam həlak olmuşdur.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...