PDF Oxu

Dünya

  • 992

Lvovda millətçi deputatlar mühakimə edilib

Lvovda millətçi deputatlar mühakimə edilib

"UNİAN" informasiya agentliyinin yaydığı məlumata görə, Lvovun Qalitsk rayon məhkəməsi Samvorsk rayon şurasının iki deputatını təqsirli bilmişdir. Onlar mayın 9-da keçirilən qanun pozuntusu zamanı milis əməkdaşların döyülməsində şübhəli bilinirlər. "Svoboda" partiyasının üzvləri olan deputatlar - Vladimir və Mixail Kovalyov qardaşlarının hər biri 1 il 3 ay müddətində azadlıqdan məhrum edilmişlər. Ancaq vəkilin çıxışından və hökm oxunduqdan dərhal sonra azadlığa buraxılmışlar.

Kavalyov qardaşları 2011-ci ilin 15 mayında həbs edilmişdilər. Onlar mayın 9-da keçirilən Qələbə Günü bayramının keçirilməsini təxirə salmağa cəhd edirdilər. Onlar bir qrup partiya fəalı ilə ətraf küçələrdə ucaldılmış qırmızı bayraqları cırıb ayaqları altında tapdalamışdılar. Onlar sinələrinə Georgi lenti taxan şəxsləri təhqir etmiş və milis əməkdaşları ilə qarşıdurmaya getmişdilər. Nəticədə 14 nəfər bədən xəsarəti almışdı. Beş nəfər əleyhinə cinayət işi qaldırılmışdı.

Digər xəbərlər