"İnterfaks" informasiya agentliyinin respublikanın fövqəladə hallar xidmətinə əsaslanaraq, yaydığı məlumata görə, Özbəkistanda iyulun 20-nə keçən gecə baş vermiş zəlzələ nəticəsində 13 nəfər həlak olmuş, 80 nəfər bədən xəsarəti almış, 35 nəfəri isə təcili olaraq xəstəxanalara yerləşdirilmişdir.
Hakimiyyət dairələri zəlzələdən zərər çəkənlərə yardım edirlər. "Central Asean Nyus" mühafizə komitəsinin Fərqanə vilayətinin Riştan şöbəsinin məlumatına görə, yerli xəstəxanaya 40 nəfərədək yaralı gətirilmişdir. Bu bölgədə baş vermiş zəlzələdən sonra beş nəfərin öldürüldüyü bildirilir.
Zəlzələnin episentri Özbəkistan sərhədi yaxınlığında Qırğızıstan ərazisində Fərqanədən 15-20 kilometr kənarda olmuşdur. Zəlzələ episentrinin maqnitudası 6,2 bal həddinə çatmışdır. Qırğızıstan Seysmoloji İnstitutunun direktoru Kanat Abdraxmatovun dediyinə görə, zəlzələnin episentri insanların seyrək yaşadığı ərazidə olmuşdur. Özbəkistanın Fərqanə vilayəti daha çox zərər çəkmişdir. Vilayətə məxsus Həmzə şəhərində bir çox binalar dağılmış, xəstəxanalara çoxsaylı müraciətlər olunmuşdur.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...