PDF Oxu

Dünya

  • 1 095

Yəməndə “Əl-Qaida”nın yerli özəyi məhv edilib

Yəməndə “Əl-Qaida”nın yerli özəyi məhv edilib

"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, Yəməndə "Əl-Qaida"nın yerli özəyinin lideri Ayyad əl-Şabani məhv edilmişdir. Bu şəxs Abyan mühafizliyinin paytaxtı Zəncibar dairəsində hərbçilərlə silahlı qarşıdurma zamanı öldürülmüşdür. Yəmən ordusu mənbələri də bu faktın doğruluğunu təsdiq etmişlər.

"Saba" dövlət informasiya agentliyinin məlumatına görə, Yəmən hərbçiləri Abyanda bir neçə terrorçu düşərgəsini məhv etmişlər. Agentlik öldürülənlərin 10-larla oluğunu, aralarında da iki Yəmən "Əl-Qadia"sı liderləri - Aid əl Şabani və Avad Məhəmməd Saleh əl-Şabaninin olduğunu bildirir. Ayyad və Aid adlarının eyni şəxsə aid olduğu haqda şərh verilmir.

"Frans Press"in məlumatına görə, Yəmən hökuməti əl-Şabininin öldürülməsi haqda dəfələrlə bəyanatlar vermişdir. Rəsmi məlumata görə, yanvarın 15-də əl-Şabani beş köməkçisi ilə birlikdə aviasiya zərbəsi nəticəsində öldürülmüşdür. Sonralar bu məlumat təsdiqini tapmadı.

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) Yəmən "Əl-Kaida"sının ("Ərəbistan Yarımadasında əl-Qaida") hazırda çox fəal olduğunu bildirir. Təşkilatın ideoloqu radikal dindar Ənvər əl-Avlakidir. 2011-ci ildə bu şəxs təşkilatın "bir nömrəli terrorçusu" elan edilmişdir. Amerikalılar dəfələrlə onu məhv etməyə cəhd etsələr də, buna nail olmamışlar.

Bu ilin mayında təşkilat üzvləri Zəncibarın böyük bir hissəsini ələ keçirməyə nail olmuşlar. Bundan başqa onlar daha bir neçə yaşayış məntəqəsini öz əllərində saxlamaqdadırlar.

Digər xəbərlər