"Assoşieyted Press" informasiya agentliyinin iyulun 22-də yaydığı məlumata görə, KXDR hökuməti Cənubi Koreya ilə danışıqları bərpa etməyə razılıq vermişdir. Hər iki ölkənin nümayəndələrinin görüşü İndoneziyada keçiriləcəyi nəzərdə tutulan Cənubi-Şərqi Asiya Dövlətlərinin Təhlükəsizlik Assosiasiyasının (ASEAN) konfransında gerçəkləşəcəkdir. KXDR hökuməti ölkənin nüvə silahının ləğv edilməsi üzrə yarımçıq qalmış altıtərəfli görüşlərdə iştirak etmək üçün yeni səlahiyyətli şəxsin təyin ediləcəyini də bildirmişdir. Bu şəxs yüksək rütbəli hərbçi Ri En Xo olacaqdır. Altıtərəfli danışıqlar 2009-cu ildə BMT-nin sanksiya tətbiq etməsinə etiraz olaraq, KXDR-in danışıqlar prosesindən çıxmasından sonra yarımçıq qalmışdır. BMT-nin KXDR üzrə sanksiya tətbiq etməsinin səbəbi isə bu ölkənin kosmosa raket daşıyıcısı çıxarması olmuşdur. Şimalla cənub arasında dialoqun baş tutacağı təqdirdə, bu cəhd son illərdə Seulla Pxenyan arasında sabitliyə doğru atılan addım olacaqdır. Bu danışıqlarda KXDR və Cənubi Koreya ilə birlikdə ABŞ, Rusiya, Yaponiya və Çin də iştirak edəcəkdir.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...