"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, Belçikanın 8 siyasi partiyası hökumətin yaradılması haqda danışıqlara başlamağa hazır olduğunu bildirmişdir. Xatırladırıq ki, Belçikada siyasi böhran bir ildən artıqdır ki, davam edir.
İyulun 22-də ölkə partiyaları arasında danışıqların aparılması üzrə razılaşma təklifini frankdilli Vallon Sosialist Partiyasının lideri Elio di Rüpo irəli sürmüşdür. Xatırladırıq ki, bir müddət əvvəl, kral II Albert bu şəxsə hökuməti formalaşdırmağı tapşırmışdı.
Danışıqlarda dörd Vallon və dörd Flamand partiyası iştirak edəcəkdir. Di Rüpo əmindir ki, danışıqlar koalisiya hökuməti yaratmaqla başa çatacaq və bu koalisiya parlamentdə əksər səs çoxluğuna malik olacaqdır. Parlamentarilər danışıqlara avqustun ortalarından əvvəl başlamaq istəmirlər.
Belçikada parlament seçkiləri 2010-cu ilin 13 iyununda keçirilmişdi. Seçkilərdə Yeni Flamand Alyansı (N-VA) və Belçikanın iki dövlətə parçalanmasına çalışan Flandriya Millətçi Partiyası qalib gəlmişdir. N-VA parlamentdə 27 yer qazanmışdı. Di Rüponun Sosialist Partiyası 26 yer tutaraq, ölkənin ikinci nəhəng fraksiyası olmuşdur. Ölkə qanunçuluğuna əsasən, krallığın iki böyük dili - Vallon və flamanddilli Flandriya partiyalarının birliyindən milli hökumət yaranmalıdır.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...