"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, iyulun 21-də Misirin yeni hökumətinin nazirləri ölkənin Ali Hərbi Şurasının başçısı feldmarşal Hüseyn Tantavi qarşısında təntənəli surətdə sədaqət andı içmişlər. Nəticədə Misir Nazirlər Kabinetində baş nazirin müavini ilə birlikdə 14 yeni şəxs işə başlayacaqdır.
Əsasən, kadr dəyişikliyi xarici işlər nazirliyi və maliyyə nazirliyində olmuşdur. Daxili işlər naziri Mansur əl-Essavi, ictimaiyyətin kəskin etirazına baxmayaraq, öz postunda qalmışdır. Bu mərasim bir gün əvvəl keçirilməli idi. Ancaq baş nazir Essam Şərəf qan təzyiqi nəticəsində xəstəxanaya düşdüyü üçün andiçmə məraisimini təxirə salmaq lazım gəlmişdir.
Misirin Ali Hərbi Şurası Nazirlər Kabinetinin tərkibində dəyişikliyi kütləvi etiraz aksiyalarından sonra etmək məcburiyyəti ilə üzləşmişdir. Nümayiş iştirakçıları ölkədə siyasi və iqtisadi islahatların keçirilməsini tələb edir, ölkənin repressiya üsulları ilə idarə olunması əleyhinə çıxırdılar. Yerli mətbuatın yazdığına görə, nümayişçilərin etiraz dalğasının dayanmayacağı təqdirdə, Nazirlər Kabinetində yeni dəyişikliklərin edilməsi mümkündür. Bir müddət əvvəl, Misirin müvəqqəti hökumətinin ölkənin ən azı sentyabradək idarə edəcəyi haqda məlumat verilirdi. Məhz bundan sonra ölkədə ilk azad seçkilərin keçirilməsi nəzərdə tutulurdu.
Misirin Ali Hərbi Şurası keçmiş ölkə prezidenti Hüsnü Mübarək ictimaiyyətin təzyiqi altında istefaya göndərildikdən sonra fevralın 11-də hakimiyyətə gəlmişdi.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...