"Financial Tayms" qəzetinin yazdığına görə, Çin və İran hökumətləri Çinin ərzaq məhsullarının İran nefti ilə mübadiləsi haqda danışıq aparırlar. Xatırladırıq ki, 2010-cu ildə BMT İrana münasibətdə sanksiya tətbiq etmişdi. Qadağada deyilirdi ki, Tehran dinc atom proqramı adı altında nüvə silahı istehsal etmək məqsədi güdür. Bununla əlaqədar Avropa Birliyi və ABŞ İran üzərinə əlavə sanksiya qoymağı lazım bilmişdir. Qəzet yazır ki, İran üzərinə tətbiq edilən sanksiya ucbatından Çin son iki il ərzində İran neftinin ixracı üçün 20 milyard dollar həcmində borc yığmışdır. Bəzi mənbələrin məlumatına görə, yaxın vaxtlarda bu məbləğ 30 milyard dollar həddini aşa bilər.
Çin və Hindistan İran neftinin ən nəhəng alıcı ölkələridir. Bu iki ölkə birlikdə İran karbon qazının 3/4 hissəsini ixrac edir. Ötən həftə Tehran 5 milyard dollar həcmində borcu qaytarmayacağı təqdirdə, Hindistana olan neft qoyuluşunu dayandıracağı ilə hədələmişdir.
İlin əvvəlindən İranın Çinə neft ixracı 49 faiz artmışdır. 2009-cu ilə nisbətən Çinlə İranın məhsul dövriyyəsi 2010-cu ildə 40 faiz artıb 29,3 milyard dollara çatmışdır.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...