"Şpigel" qəzetinin yazdığına görə, 32 yaşlı alman turisti Marsel Qleffe Norveç adası olan Utoyyadan qaçarkən suya tullanan 20 yeniyetməni xilas etmişdir. Yeniyetmələr terrorçu Anders Berinq Brevikin təqibindən yaxa qurtarmaq üçün suya tullanmışdılar. M.Qleffe valideynləri ilə birlikdə Utoyyanın qonşuluğunda yerləşən Utfika adasında istirahət edirdi. Əvvəl Utoyya tərəfdən atəş səsləri eşidilməyə başlamışdı. Turistlər bunun feyerverk və ya hərbi təlim olduğunu düşünmüşlər. M.Qleffe valideynləri ilə birlikdə Utoyya sahillərinə doğru getmiş və 1 kişinin qız uşağını sudan çıxardığını görmüşdür. Yaxında çaya doğru üzən başqa bir qız adamları köməyə çağırırdı. Suda boğulmaqda olan daha bir neçə yeniyetmənin başı görünürdü. Bir həftə əvvəl icarəyə götürdüyü mühərrikli qayığını işə salan M.Qleffe suda boğulanlara doğru sürət götürdü və onlara xilasedici jiletlər atmağa başladı. Bu vaxt o, qarşı tərəfdəki adadan suya tullanan digər yeniyetmələri və əlində tüfəng olan qatili gördü. Qatil qarşı tərəfə üzən yeniyetmələrə atəş açırdı. M.Qleffe bir neçə dəfə yeniyetmələri çıxarmaq üçün suyun içərilərinə doğru gedib, sahilə qayıtmalı oldu. Nəticədə o, təklikdə 20 nəfər yeniyetməni xilas etdi. Digər istirahət edənlər isə 150 nəfərə yaxın adamı xilas etmişdilər.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...