"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, Almaniya hökuməti Liviya üsyançılarının humanitar ehtiyaclarını təmin etmək üçün 100 milyon avro göndərməyi vəd etmişdir. Almaniyanın xarici işlər naziri Gido Vestervellenin bəyanatında deyilir: "Polkovnik Müəmmər Qəddafi öz xalqı ilə müharibə apardığı üçün Liviyada vəziyyət günü-gündən pisləşməkdədir.
Bu səbəbdən də ölkədə ərzaq məhsullarının və tibb avadanlıqlarının qorunması və vacib infrastrukturların dəstəklənməsi üçün üsyançılara vəsait lazımdır. Burada adamlar bu sarıdan çətinlik çəkirlər. Başlıca çətinlik Liviyanın Şərq hissəsindəki əhalinin üzərinə düşür".
İyunda verilən məlumata görə, NATO komandanlığı Liviyada keçirilən hərbi əməliyyatlarda Almaniyanın verdiyi hərbi-texniki avadanlıqlardan imtina etmişdir. Almaniya Qərb ölkələri içərisində yeganə ölkə idi ki, BMT TŞ-nin Liviya üzrə qəbul etdiyi əsasnamə layihəsinə səs verməmişdir.
Liviyada vətəndaş müharibəsi 2011-ci ilin fevralında başlanmışdır. Həmin ilin mart ayında müttəfiqlər hərbi əməliyyatları NATO-nun rəhbərliyi altında keçirməyə başlamışdılar. Müharibənin 5 ayı ərzində qarşıduran tərəflərin heç biri ciddi uğur qazana bilməmişdi. Rusiya da daxil olmaqla bir sıra Qərb ölkələri M.Qəddafini istefaya göndərməklə konflikti həll etməyə səy göstərirlər. M.Qəddafi isə nə üsyançılarla, nə də müttəfiqlərlə danışıqlara başlamaq istəmir.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...