PDF Oxu

Dünya

  • 1 450

İran ordusu İraq ərazisinə artilleriya zərbəsi endirib

İran ordusu İraq ərazisinə artilleriya zərbəsi endirib

"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, İran ordusu İraqın kürdlərin kompakt yaşadığı şimali-şərq hissəsinə artilleriya zərbəsi endirmişdir. 4 saat davam edən atəş nəticəsində 2 İraq vətəndaşı həlak olmuş, 3 nəfər isə yaralanmışdır. Artilleriya zərbəsi İran sərhədinin 20 kilometrliyində yerləşən Ərbil əyalətinin Sidkan şəhərinə endirilmişdir. Nə İraqın mərkəzi hökuməti, nə də yerli kürd hakimiyyət dairələri hadisə haqda heç bir şərh verməmişlər. Rəsmi Tehran dəfələrlə sərhəddə İran dövlət müəssisələrinə hücum edəcəyi təqdirdə, raket zərbəsi endirəcəyi ilə hədələmişdi. Son bu cür hücum Qum şəhərində İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri general Abbas Qasıminin qətlindən sonra olmuşdur. "Kürdüstanın Azad Həyat Partiyası"nın fəalları İranın yüksək vəzifəli zabitinin köməkçiləri ilə getdiyi avtomobildə partlayış törətmişdilər. Nəticədə avtomobildə olanların hamısı həlak olmuşdu.

İran da Türkiyə və Suriya kimi öz müstəqilliklərini elan etmək istəyən kürdlərə qarşı mübarizə aparır. Əvvəllər Səddam Hüseyn rejimi də kürdlərə qarşı mübarizə aparırdı. Onun hakimiyyəti ləğv edildikdən sonra, kürdlər İranın şimalında özlərinin müstəqil dövlətini yaratmışlar.

Digər xəbərlər