"NRK" telekompaniyasının məlumatına görə, iyulun 25-də axşam Norveç paytaxtının küçələrinə 150 min nəfərədək adam çıxmışdır. Onlar iki terror aktı nəticəsində həlak olanların xatirələrini yad etmək məqsədi güdürdülər. Telekompaniyanın məlumatına görə, nümayişçilər Oslo şəhərinə ölkənin hər yerindən axışıb gəlmişdilər.
Onlar əllərində, əsasən, ağ və qırmızı qızılgüllər və məşəllər tutmuşdular. Nümayişçilər qarşısında vərəsə şahzadə Xokan çıxış etmişdir. O, norveçliləri zorakılıqdan müdafiə olunmaq üçün sıx birləşməyə çağırmışdır. Oslo polisinə əsaslanan "Röyters"in məlumatına görə, şəhər küçələrinə 100 min nəfərədək adam çıxmışdır. Nümayişlər Norveçin digər şəhərlərində də keçirilmişdir.
İyulun 22-də Norveçdə baş vermiş 2 terror aktı nəticəsində 76 nəfər həlak olmuşdur. Bu, iyulun 25-nə olan məlumatdır. Əvvəllər isə 93 nəfərin həlak olduğu bildirilirdi. Bir daha xatırladırıq ki, Osloda baş vermiş partlayış nəticəsində 87 nəfər həlak olmuş, Utoyya adasında isə 68 nəfər öldürülmüşdür. Cinayətlərin törədilməsində yeganə təqsirli bilinən şəxs 32 yaşlı Anders Breyvik olmuşdur. Onu Oslonun hökumət evi binasına partlayıcı qurğu qoymaqda, daha sonra isə Norveç Fəhlə Partiyasının gənclik düşərgəsinə gedərək yeniyetmələrə atəş açmaqda ittiham edirlər. A.Breyvik bu əməli törətdiyini etiraf etsə də, özünü cinayətkar hesab etmədiyini bəyan etmişdir. O, bu cinayəti törətməklə, diqqəti Avropadakı "Müsəlman kolonizasiyası" probleminə yönəltmək istədiyini bildirmişdir.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...