PDF Oxu

Dünya

  • 993

Obama və Konqres spikeri teleefirdə bir-birinə irad tutub

Obama və Konqres spikeri teleefirdə bir-birinə irad tutub

"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, iyulun 25-də ABŞ prezidenti Barak Obama teleefirdə ölkənin büdcə böhranına həsr edilmiş nitq söyləmişdir. ABŞ prezidenti problemin həllinə yeganə mane olan cəhətin respublikaçı konqresmenlərin bir təklifinin olduğunu qeyd etmişdir. Prezidentin fikrincə, respublikaçıların təklifi dövlət xərclərinin ixtisarı ilə əlaqədardır.

B.Obama Amerika xalqının təhlükəli defolt vəziyyəti həddində olduğunu bildirmişdir. O, respublikaçıların təklif etdikləri büdcə defisitinin aşağı salınmasının birtərəfli olduğunu qeyd etmişdir. ABŞ prezidenti Nümayəndələr Palatasının spikeri Con Beynerin dövlət borclarının artım limitinin defoltu yalnız il yarım həddində mühafizə etməyə qadir olduğunu vurğulamışdır. "Başqa sözlə desək, bu, problemi həll etməyəcəkdir"- deyə B.Obama bildirmişdir.

B.Obamanın çıxışından sonra telekanal C.Beynerin planlaşdırılmamış müraciətini nümayiş etdirmişdir. O da, öz növbəsində, ABŞ prezidentinin mövqeyini tənqid atəşinə tutmuşdur. "Prezident tez-tez təkrar edir ki, bizə "balanslaşdırılmış" yanaşma tərzi lazımdır. Bu ifadəni Vaşinqtonda bu cür başa düşürlər: biz çox sərf edirik, siz isə çox pul ödəyirsiniz" deyə spiker bildirmişdir. Onun fikrincə, B.Obama dövlət borclarının az ixtisar etmək məqsədilə ancaq imkanlı amerikalıların vergilərinin məbləğini yüksəltmək istəyir. "Kədərli həqiqət budur ki, prezident il yarım əvvəl kart-blanş almaq istəyirdi və bu gün də bu istəyindən çəkinməyib. Biz buna yol verməyəcəyik" - deyə C.Beyner bildirmişdir.

Agentlik qeyd edir ki, respublikaçılarla demokratlar yaxın günlərdə Konqresdə böhrandan çıxmağın iki müxtəlif yolunun kompromis variantını tapa bilməmişlər.

Digər xəbərlər