PDF Oxu

Dünya

  • 1 082

Cənubi Koreyada sürüşmə nəticəsində 18 nəfər həlak olub

Cənubi Koreyada sürüşmə nəticəsində 18 nəfər həlak olub

"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, Cənubi Koreyada sürüşmə nəticəsində 18 nəfər həlak olmuşdur. Cənubi Koreyanın şimal hissəsində yerləşən Çxunçxon kurort şəhərində sürüşmədən 12 nəfər həlak olmuşdur. Sürüşmə bir mehmanxananı və üç evi əhatəsinə almışdır. Məlumatı fövqəladə hallar üzrə dövlət agentliyi yaymışdır. Ölənlərin 10 nəfəri həmin ərazidə könüllülük əsasında fəaliyyət göstərən tələbələr olmuşdur. Daha beş nəfər Seulun cənub hissəsində, bir nəfər isə şəhərin mərkəzində həlak olmuşdur. Paytaxt Seulda 700-dən çox evi sel suları basmışdır. Bu səbəbdən də şəhərdə fövqəladə vəziyyət elan edilmişdir. Fövqəladə hallar üzrə dövlət agentliyinin məlumatına görə, bütün ölkədə baş vermiş sürüşmə və daşqınlar iri şəhərlərə aparan 36 yolun bağlanmasına səbəb olmuşdur. Ölkənin müxtəlif yerlərindən Seula doğru gedən 23 yol da bağlanmışdır.

Sürüşmənin səbəbi leysan yağışlarının yağması olmuşdur.

Digər xəbərlər