"Frans Press" informasiya agentliyinin Tunisin dövlət kütləvi informasiya vasitələrinə əsaslanaraq, yaydığı məlumata görə, ölkənin müvəqqəti prezidenti Fued Mebas mövcud fövqəladə rejim vaxtının müddətini qeyri-müəyyən vaxtadək uzatmışdır. Müvafiq sərəncam iyulun 26-da imzalanmışdır. Ölkədə fövqəladə rejimin tətbiq edilməsi kütləvi yığıncaqların keçirilməsini qadağan edir və polisə qanun pozuntusu törədənlərə atəş açmaq hüququ verir.
Tunisdə fövqəladə vəziyyət yanvarın 14-də ölkə prezidenti Zin əl-Abidin Ben Əlinin əleyhinə keçirilmiş kütləvi aksiyalar zamanı tətbiq edilmişdir. Həmin günün axşamı Ben Əli Səudiyyə Ərəbistanına qaçmışdır. Keçmiş prezident qaçdıqdan sonra yeni hakimiyyət dairələri ölkənin siyasi vəziyyətində sabitlik yaratmağa cəhd edir. Noyabrın 23-də keçiriləcək yeni seçkilərdə hakimiyyət dairələri Tunisin yeni konstitusiyasının layihələrini tərtib edəcəklər. Əvvəllər seçkilər iyulun 24-nə təyin edilmişdi. Fued Mebas mart ayında vəd etmişdir ki, konstitusiya şurasının seçilməsi məqsədilə keçiriləcək seçkilərdən sonra dövlət başçısı səlahiyyətlərindən imtina edəcəkdir.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...