PDF Oxu

Dünya

  • 1 216

“Hizbullah” liderləri İsraili dəniz müharibəsi ilə hədələyib

“Hizbullah” liderləri İsraili dəniz müharibəsi ilə hədələyib

"Dailu Star" Livan qəzetinin yazdığına görə, radikal şiə qruplaşması olan "Hizbullah"ın lideri şeyx Həsən Nəsrullah öz tərəfdarları ilə birlikdə növbəti telemüraciətində Aralıq dənizində olan İsrailin neft platformalarına hücum edəcəyini bildirmişdir. Hizbullah lideri İsrail hökumətinin Livan ərazi sularında neft axtarışlarına mane olacağı təqdirdə, hücumun labüdləşəcəyini bəyan etmişdir. H.Nəsrullah 2006-cı il müharibəsindən sonra "uğursuzluğa düçar olmuş" İsrailə nisbətən "Hizbullah"ın gücləndiyini qeyd etmişdir. O, Livanın mineral sərvətlərinin bədxah qonşulardan qorunacağına da işarə vurmuşdur.

H.Nəsrullahın telemüraciəti bütövlükdə Beyrut və Yerusəlim arasında gedən ərazi mübahisəsinə həsr edilmişdi. Burada söhbət iki ölkə arasında olan ərazi sularından gedir. Livanlılar belə hesab edirlər ki, İsrail və Kipr rəsmilərinin dənizdə rəsmiləşdirdikləri sərhəd xətti həqiqətə uyğun deyil və burada Livanın 850 kvadratkilometrə yaxın ərazisi vardır. Geoloqların dediklərinə görə, bu şelfdə nəhəng karbon birləşmələri və təbii qaz ehtiyatları yerləşir. H.Nəsrullahın fikrincə, bu ehtiyatlardan səmərəli istifadə etməklə, ölkənin 55 milyard dollara yaxın xarici borcunu ödəmək mümkündür. "Biz İsraili xəbərdar edirik ki, bu ərazi sularını mənimsəmək cəhdindən imtina etsin" deyə H.Nəsrullah bildirmişdir.

Digər xəbərlər