PDF Oxu

Dünya

  • 1 117

Kosovonun baş naziri hücumda Serbiya hökumətini günahlandırıb

Kosovonun baş naziri hücumda Serbiya hökumətini günahlandırıb

"Koha NET" nəşrinin yazdığına görə, Kosovonun baş naziri Haşim Taçi Serbiya ilə sərhəddə yerləşən nəzarət-keçid məntəqəsinə hücumda serb hökumətini ittiham etmişdir. Baş nazirin dediyinə görə, insidenti məntəqədə Belqradın Kosovoda fəaliyyət göstərən "paralel strukturları" törətmişdir. "Bu zorakılıq aktı Serbiya ali siyasi rəhbərliyinin sərəncamına əsasən gerçəkləşdirilmişdir. Biz heç vaxt geri çəkilməyəcəyik, çünki bu, bizim torpaqdır" - deyə H.Taçi bildirmiş və qarşıduran tərəflə "heç bir kompromisə" getməyəcəyini vurğulamışdır. Baş nazir əhalini sabitliyi mühafizə etməyə çağırmış və Kosovo hökumətinin başlıca məqsədinin "ölkənin ərazi bütövlüyünün qorunması və stabilliyin bərqərar edilməsi" olduğunu bəyan etmişdir.

Kosovonun şimal hissəsində yerləşən Yarinye və Brnyak nəzarət-keçid məntəqələrinə hücum iyulun 27-də axşam təşkil edilmişdir. Məlumata görə, məntəqələrə əllərində içərisində yandırıcı maddələr olan butulkalarla üzü maskalı bir qrup gənc hücum etmişdir. Hücum nəticəsində Yarinye məntəqəsi tamamilə yandırılmışdır. Hadisədən xeyli sonra hadisə yerinə gəlmiş NATO missiyası hücum edənləri qovmağa müvəffəq olmuşdur.

Digər xəbərlər