PDF Oxu

Dünya

  • 1 146

Senat ABŞ-ın Çinə təyin etdiyi yeni səfirin namizədliyini təsdiq edib

Senat ABŞ-ın Çinə təyin etdiyi yeni səfirin namizədliyini təsdiq edib

"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, ABŞ-ın Çindəki yeni səfiri postuna ölkənin keçmiş ticarət naziri Qeri Lok təyin edilmişdir. ABŞ Senatı iyulun 27-də Q.Lokun namizədliyini yekdilliklə təsdiq etmişdir. Q.Lok bu postu tutan Çin əsilli ilk amerikalıdır. O, yeni işində insan hüquqlarını müdafiə edəcəyini vəd etmiş və bu yöndə Çin siyasəti ilə heç vaxt razılaşmayacağını bildirmişdir. 2009-cu ildən ABŞ-ın ticarət naziri postunu tutan Q.Lok Çində fəaliyyət göstərən Amerika kompaniyalarının intellektual qabiliyyətlərinin müdafiə olunmasına da cəhd edəcəyini vəd etmişdir.

Q.Lokun bu vəzifəyə təyinatı gözlənilməz olmuşdur. ABŞ prezidenti Barak Obama onun namizədliyini 2011-ci ilin martında irəli sürmüşdür. 30 illik siyasi fəaliyyəti dövründə Q.Lok Vaşinqton ştatının qubernatoru və həmin ştatın Nümayəndələr Palatasının üzvü olmuşdur. 61 yaşlı siyasətçi Çin üzrə mütəxəssis hesab edilir və Çinin siyasi elitası arasında xüsusi hörmətə malikdir.

Digər xəbərlər