"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, Barak Obama administrasiyası İran rəhbərliyini "Əl-Qaida" ilə əlaqədə ittiham etmişdir. Amerika hökumətinin məlumatına görə, Əfqanıstan və Pakistanda silahlılarının maliyyələşdirilməsi və döyüşə hazırlığı məqsədilə İran "Əl-Qaida" terrorçuluq şəbəkəsinin ayrı-ayrı ölkələrdəki şöbələri ilə gizli sövdələşmə aparmışdır. Bu terrorçu təşkilatın altı üzvü ABŞ Maliyyə Nazirliyi tərəfindən terrorçu elan edilmişdir. Agentlik qeyd edir ki, Amerika kəşfiyyat şəbəkələri arasında İran hökumətinin "Əl-Qaida" ilə əlaqəsi haqda vahid bir fikir yoxdur. ABŞ Maliyyə Nazirliyi Əfqanıstan və Pakistanda fəaliyyət göstərən ekstremist qruplaşmalara maliyyə dəstəyi göstərən İranı "vacib zirvə nöqtəsi" adlandırmışdır. Maliyyə Nazirliyinin bəyanatında deyilir ki, rəsmi Tehran 6 il ərzində Ezedin Abdel Əziz Xəlil adlı bir şəxsə maliyyə dəstəyi göstərmiş və həmin şəxs "Əl-Qaida"nın Pakistan bölməsində fəaliyyətini davam etdirmişdir. İranın köçürdüyü pullar guya yoxsul ərəb dövlətlərinə ünvanlanırdı.
ABŞ Maliyyə Nazirliyinin siyahısına daxil edilmiş 6 terrorçu arasında Atiyya Əbd əl-Rəhman adlı şəxsin də adı hallanır. Həmin şəxs Üsamə bin Laden tərəfindən İrana elçi kimi göndərilmişdir.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...