PDF Oxu

Dünya

  • 962

Ukrayna şaxtasında 37 nəfər həlak olub

Ukrayna şaxtasında 37 nəfər həlak olub

Ukrayna fövqalədə hallar xidmətinin iyulun 31-nə olan məlumatına görə, iki Ukrayna şaxtasında baş vermiş qəza nəticəsində 37 nəfər həlak olub. İyulun 29-da Donetskin Barjanov adına şaxtasında uçqun baş vermişdir və bazar günü səhər radələrinədək şaxtadan 11 nəfərin cəsədi çıxarılmış, dörd nəfər bədən xəsarəti almışdır. 538 nəfər isə müstəqil surətdə bayıra çıxmışdır.

İyulun 29-da Luqansk vilayətinin "Suxodolsk-Şərq şaxtası"nda metan qazının partlaması nəticəsində qəza baş vermişdir. 26 nəfərin həlak olduğu bildirilir. Şaxtada olan 28 nəfərdən ikisi xilas olmağa nail olmuşdur. Həkimlər onların vəziyyətinin ağır olduğunu bildirirlər.

İyulun 31-də iki şaxtada baş vermiş qəzaya görə, Ukraynada matəm günü elan edilmişdir.

Digər xəbərlər