"Los-Anceles Tayms" qəzetinin yazdığına görə, Kaliforniyada "ABC" telekanalının müxbiri birbaşa efirə gedən reportaj apararkən atəşə tuş gəlmişdir. Hadisə şənbə günü baş versə də, kütləvi informasiya vasitələrinə avqustun 1-də çıxmışdır. Telekanal müxbiri Lienn Suter Kaliforniyanın Fontana şəhərinin mürəkkəb hava şəraitini şərh edən reportaj apararkən, ona pnevmatik silahdan atəş açılmışdır. Onu dərhal xəstəxanaya çatdırmışlar. İlkin yardımdan sonra L.Suter evə buraxılmışdır.
Atəşin açılmasında suçlu bilinən 16 və 17 yaşlı iki gənc saxlanılmışdır. Onları silah tətbiq etməklə hücumda ittiham maddəsi ilə cəza gözləyir. Yeniyetmələr jurnalistin reportaj apardığı ərazidə yaxalanmışlar.
Son vaxtlar ABŞ-da bu cür hallara tez-tez rast gəlinir. Ötən həftənin əvvəllərində "Foks 29" kanalının müxbiri və operatoru heyvanlarla kobud davranan bir nəfərin oğlunun hücumuna məruz qalmışlar. Onlar hadisə yerində süjet çəkməklə məşğul idilər.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...