"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, Almaniya BMT TŞ-nin fövqəladə çağırışının keçirilməsi üçün rəsmi müraciət etmişdir. Burada Suriyadakı vəziyyət müzakirə olunacaqdır. İyulun 31-də bu yöndə fövqəladə yığıncağın keçirilməsini hazırda BMT TŞ-nin üzvü olmayan İtaliya tələb etmişdi. Bu ölkənin xarici işlər naziri Franko Fratini BMT-yə məsləhət görmüşdü ki, Suriya hökumətinə münasibətdə "sərt mövqe" tutsun.
Son günlər Suriyada vəziyyət gərginləşməyə başlamışdır. Uzun müddət üsyançıların nəzarəti altında olan Hama şəhərinin mərkəzi hissəsi Suriya hakimiyyətinin əlinə keçmişdir. Yalnız iyulun 31-də hökumət qüvvələri ilə müxalifətçilərin toqquşması nəticəsində 100 nəfərdən çox adam həlak olmuşdur. Hökumət qüvvələri üsyançıların nəzarəti altında olan digər şəhərlərə də hücum etmiş, nəticədə 40 nəfər həlak olmuşdur. Hüquq müdafiəçiləri iyulun 31-də ölənlərin sayının rekord miqdara çatdığını bildirmişlər.
ABŞ prezidenti Barak Obama Suriya hökumətinin bu addımından narahat olduğunu bildirmiş və "qorxmaz" nümayişçiləri dəstəklədəyini bildirmişdir. ABŞ prezidenti Bəşər Əsəd rejiminə qarşı təzyiq göstərəcəyini və onun beynəlxalq səviyyədə izolyasiyaya alınacağını təmin edəcəyini bildirmişdir. BMT-nin baş katibi Pan Gi Mun, öz növbəsində, Suriyada baş verən hadisələrdən narahat olduğunu ifadə etmiş və Bəşər Əsədə Hamaya hərbi yürüşünü dayandırmağı məsələhət görmüşdür.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...