PDF Oxu

Dünya

  • 1 168

Qaqauz yeri Kişinyovdan məktub almaqdan imtina edir

Qaqauz yeri Kişinyovdan məktub almaqdan imtina edir

"İnfotaq" Moldova agentliyinin yaydığı məlumata görə, avqust ayının 1-dən etibarən Qaqauz yeri Moldovanın mərkəzi hakimiyyət orqanlarından rus dilinə tərcümə edilməmiş sənədləri geri qaytarmağa başlamışdılar. Xatırladırıq ki, Qaqauz yeri Moldova tərkibində muxtar qurumdur. Qaqauz hakimiyyət dairələri 1989-cu ildə qəbul edilmiş Moldova qanuna əsaslandıqlarını bildirirlər. Həmin sənədə yazılmışdır ki, ictimai təşkilatlara göndərilən sənədlər rus dilinə tərcümə edilməlidir. Son vaxtlar Kişinyovdan gələn sənədlər rus dilinə tərcümə edilmirdi. Qaqauz Muxtariyyətinin başqanı Mixail Formuzal Muxtar Respublika daxilində yayılan sənədlərin rus dilində olmasının vacibliyini bildirmişdir.

Yaxın günlərdə Qaqauz və Kişinyov arasında dil məsələsi ilə əlaqədar başqa bir qalmaqal başlanmışdı. 2011-ci ildə Qaqauz liseylərinin 1050 şagirdindən 92 nəfəri rumın dili və ədəbiyyatından imtahan verməmişdir. Bundan sonra Moldova hökuməti həmin şagirdlərə dövlət dilindən "iki qiyməti" verməyi məqbul hesab etmişdi. "İTAR-TASS"-ın məlumatına görə, Moldova Maarif Nazirliyi Qaqauz diplomalarını qeyri-qanuni hesab etmişdir.

Qaqauz muxtariyyəti 1994-cü ildə təsdiq edilmişdi. Əhalinin 80 faizindən çoxu qaqauzlardır. Onlar Qaqauz dilində danışır və pravoslav xristian dininə itaət edirlər.

Digər xəbərlər