PDF Oxu

Dünya

  • 932

Şröder ASDP-ni “Yaşıllar”I təqlid etməməyə çağırıb

Şröder ASDP-ni “Yaşıllar”I təqlid etməməyə çağırıb

"Şpigel" qəzetinin yazdığına görə, əvvəllər Almaniya Sosial-Demokrat Partiyasının sədri olmuş keçmiş ölkə kansleri Herhard Şröder sosial-demokratları populyarlıq əldə etməkdə olan "Yaşıllar"ı təqlid etməməyə və öz sifətlərini qorumağa çağırmışdır. Onun dediyinə görə, ASDP "Yaşıllar"ı öz meydançalarında udmağa cəhd etməməlidir. Keçmiş kansler demokratların özlərini yalnız ekologiya sahəsində yox, həm də iqtisadiyyat sahəsində göstərmələrini məqbul hesab etmişdir. H.Şröder öz partiyadaşlarına işsizlik üzrə sosial vəsait olan "Hartz-IV" üzərində fikirlərini cəmləməyə çağırmışdır. Bu vəsait "2010-cu ilin gündəlik məsələsi" ictimai islahat proqramı zamanı başlıca rol oynamışdır.

İyulun axırlarında "İnfratest Dimar" ictimai rəyi öyrənən institutunun keçirdiyi sosioloji rəy sorğusu göstərmişdi ki, hazırda Almaniyada parlament seçkiləri keçirilərsə ASDP və "Yaşıllar" koalisiyası seçkilərin əksər səslərini - 50 faizini toplaya bilərdi.

Hazırda ASDP və "Yaşıllar" bu il Berlində keçiriləcək torpaq seçkilərinə ciddi rəqabətlə gedirlər. "Yaşıllar" mart ayında Baden-Vürtemberqdə keçirilən seçkilərdə inamlı qələbə qazanmış və aprel tarixində ilk dəfə olaraq hökumətə başçılıq etmişdilər. Sosial-demokratlar isə kiçik koalisiya həmkarı yerini tutmaqla kifayətləndilər.

Digər xəbərlər