"Röyter" informasiya agentliyinin yaydığı məlumata görə, avqustun 1-də ABŞ Konqresinin Nümayəndələr Palatası dövlət borcları limitinin artırılması haqda qanun layihəsinin qəbul edilməsinə səs vermişdir.
Spiker Con Beynerin dediyinə görə, parlamentin Aşağı Palatasının 269 nümayəndəsi sənədin lehinə, 161 nümayəndəsi əleyhinə səs vermişdir. Nümayəndələr Palatasında iştirak edən respublikaçıların 174 nümayəndəsi layihənin lehinə, 66 nümayəndəsi isə əleyhinə səs vermişdir. Burada təmsil olunan demokratların səsləri yarıya bölünmüşdür: 95 nəfər lehinə, 95 nəfər isə əleyhinə səs vermişdir. Senat qanun layihəsinə baxılmasını gündəlikdən çıxarmır.
Respublikaçılar və demokratlar son bir neçə ay ərzində dövlət borcunun artırılması limiti haqda razılığa gələ bilməmişlər. Danışıqlar zamanı bu məsələ ABŞ-ın büdcə defisitinin ixtisar edilməsi məsələsi ilə qarışdırılmışdır. Respublikaçılar dövlət xərclərini sərt tərzdə sosial proqramlar hesabına ixtisar etmək istəyirdilər. Demokratlar isə varlıların bir sıra vergi imtiyazlarını ləğv etməyi təklif edirdilər.
Respublakaçılar və demokratlar arasında razılaşma iyulun 31-də əldə edilmişdir. Ağ Evin saytında belə bir rəsmi məlumat yayılmışdı ki, büdcə defisiti ixtisar ediləcəkdir. Tərəflər yaxın 10 il ərzində bir sıra dövlət proqramlarının xərcini azaltmaq hesabına xərcləri bir trilyon dollar məbləğində azaltmaq haqda razılıq əldə etmişdilər. Yaradılmış xüsusi komissiya 2011-ci ilin axırlarında daha 1,5 trilyon dollar qənaət etməyi nəzərdə tutacaqdır.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...