"BBC"-nin verdiyi məlumata görə, 2000-ci ildə prezident Robert Muqabenin başçılığı ilə Zimbabve hökumətinin apardığı torpaq islahatları 2009-cu ildə ölkəyə 12 milyard dollar məbləğində zərər vurmuşdu. Zimbabve Fermerlərinin Kommersiya Birliyi faktın doğruluğunu təsdiq etmişdir. Ağdərili torpaq sahiblərinin münbit torpaqları zorakı yolla zəbt etmələri nəticəsində ölkənin qaradərili əhalisi torpaqsız qalmışdır. R.Muqabe islahtalarının mahiyyəti məhz bu məsələnin tənzimlənməsinə yönəldilmişdir. Bu islahatlar nəticəsində istehsalın artımı kəskin şəkildə aşağı düşdü və ölkənin aqrar iqtisadiyyatının süqutunu şərtləndirdi. İslahatlardan əvvəl Zimbabve ərzaq malları ilə özünü təmin etməklə yanaşı, həm də başqa ölkələrə kənd təsərrüfatı məhsulları ixrac edirdi. Hazırda Zimbabve başqa ölkələrin ixrac mallarına ciddi ehtiyac duymaqdadır. İslahatlar ölkəni yoxsulluq həddinə endirmişdir. 2000-ci ildə kənd təsərrüfatı məhsullarının istehsalı 70 faiz aşağı düşmüş və nəticədə 1,4 milyon ölkə əhalisi aclıq çəkməkdədir.
Zimbabvenin yerli əhalisinə verilmiş torpaqların 80 faizi istifadəsiz qalmışdır. İslahatlar nəticəsində ağdərililərdən alınıb, yerli əhaliyə verildikdən sonra, onlar torpağı əkib-becərə bilməmişlər. Məlumata görə, R.Muqabe və ailə üzvlərinə 39 fermer təsərrüfatı verilmişdir.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...