PDF Oxu

Dünya

  • 926

Peru banditləri 4 saat ərzində 400 nəfəri qarət edirlər

Peru banditləri 4 saat ərzində 400 nəfəri qarət edirlər

Yerli "ABC" qəzetinin yazdığına görə, naməlum cinayətkarlar Perunun cənub-şərqində 4 saat ərzində yolu bağlayaraq, 400 nəfərə yaxın adamı qarət ediblər. Hadisə avqustun 1-nə keçən gecə Karabay əyalətində baş vermişdir. Yerli hakimiyyət dairələrinin məlumatına görə, gecə saat 23:00 radələrində üzlərinə maska taxmış 10-15 nəfər yolun müəyyən hissələrini daşla bağlamışlar. Onlar 4 saat ərzində dayanan avtomobillərin, avtobusların və yük maşınlarının sürücülərini silahla qorxuzaraq, pul və qiymətli əşyalarını ələ keçirmişlər. Soyulmuş insanları isə üzüqoyulu yerə uzanmağa məcbur etmişlər.

Məlumata görə, Parabay ərazisinin əhalisi azdır və telefon əlaqəsi zəifdir. Sürücülərin mobil telefonları qarətçilər tərəfindən alınırdı. Polisin ilkin məlumatına görə, sürücülərdən 500 min Peru solu (180 min dollar) qarət edilmişdir.

Digər xəbərlər