"Dailu Star" qəzetinin yazdığına görə, Livanın cənubunda "Amal" və "Hizbullah" şiə hərəkatı tərəfdarları arasında baş vermiş qarşıdurma nəticəsində ən azı beş nəfər bədən xəsarəti almışdır. Buna səbəb "Amal"ın iki fəalından "Hizbullah"çılar tərəfindən saxlanması olmuşdur. Şeyx Həsən Nəsrullah tərəfdarları başqa siyasi hərəkata mənsub olan həmməsləklərini sorğu-suala tutmaq istəyirlər.
Ələ keçirilənlər tezliklə öz həmkarlarını çağırmış və nəticədə iki tərəf arasında qarşıdurma baş vermişdir.
Hər iki hərəkatın yerli liderləri qarşıduran tərəfləri sakitləşdirməyə çalışsalar da, buna nail olmamışlar. Hadisə yerinə gəlmiş Livan hərbçiləri dalaşanları ayırmışlar. 10 nəfər həbs edilmişdir. Yaşayış məntəqəsinin yerli əhalisi həbslərə etiraz əlaməti olaraq, yolda nəqliyyatın hərəkətinin qarşısını almağa cəhd etmişdilər. Hərbçilər onları da dağıtmağa müvəffəq olmuşdur. Xatırladırıq ki, "Amal" və "Hizbullah" hərəkatları iqtidarda olan hökumət koalisiyasında müttəfiq kimi təmsil olunurlar.
Livanın paytaxtı Beyrutda da qarşıdurma baş vermişdir. Burada Suriya səfirliyi binası qarşısında Bəşər Əsədin tərəfdarları və əleyhdarları arasında dalaşma halı qeydə alınmışdır. Nəticədə beş nəfər xəsarət almışdır.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...