PDF Oxu

Dünya

  • 1 045

Məhkəmə alman dispetçerlərinin tətilinə qadağa qoyub

Məhkəmə alman dispetçerlərinin tətilinə qadağa qoyub

"Şpigel" jurnalının yazdığına görə, Frankfurt Məhkəməsi Alman Hava Xətti Xidməti İdarəsinin (FDS) avqustun 4-də aviadispetçerlərin avqustun 4-də keçirmək istədiyi ümummilli tətilə qadağa qoymuşdur. Aviadispetçerlərin Həmkarlar İttifaqları (GDP) tətili yerli vaxtla səhər saat 6.00-dan 12.00-dək keçirməyi planlaşdırmışdır. Tətilin gerçəkləşəcəyi təqdirdə, 2500 təyyarə reysinin qrafiki pozulacaqdı.

Aviadispetçerlərinin tətil etmələrinin səbəbi iş şəratinin ağırlığı və əməkhaqqı indeksasiyasının çatışmazlığı ilə əlaqədar olmuşdur. Aviadispetçerlərin Həmkarlar İttifaqları il ərzində əməkhaqqının 6,5 faiz həddində artırılmasını tələb edir. FDS isə iki il ərzində əməkhaqqının 5,2 faiz artırılmasının mümkünlüyünü bildirir. Həmkarlar İttifaqları bununla razılaşmır və məsələni daha yüksək instansiyalara çatdıracağını bildirir.

Almaniya ərazisində 5500 dispetçer fəaliyyət göstərir. "Frans Press"in məlumatına görə, onlardan 3 min nəfəri Həmkarlar İttifaqlarına daxildir. Onların 90 faizi ümummilli tətil ideyasını dəstəkləyir.

Digər xəbərlər