PDF Oxu

Dünya

  • 1 128

Cənubi Sudan silahlılarla atəşkəs elan edib

Cənubi Sudan silahlılarla atəşkəs elan edib

"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, Cənubi Sudan ərazsində fəaliyyət göstərən silahlı qruplaşmalardan biri atəşin dayandırılmasını elan etmiş və hakimiyyət dairələri ilə danışıqlara hazır olduğunu bildirmişdir. Avqustun 4-də bu bəyanatı həmin silahlı qruplaşmanın rəhbərliyi təsdiq etmişdir. Söhbət Cənubi Sudan ordusunun keçmiş generalı Peter Qadenin başçılıq etdiyi "Sudanın Azad Edilməsi üzrə Xalq Ordusu" təşkilatının liderinin mənsub olduğu qruplaşmadan gedir. "Biz ölkə prezidentinin təklif etdiyi amnistiyanı qəbul edir və atəşkəs elan edirik" deyə P.Qade bildirmişdir.

Yaxın günlərdə P.Qadenin təmsilçisi olduğu təşkilat paytaxt Cubuya öz nümayəndələrini göndərəcəkdir. Belə ehtimal edilir ki, danışıqlardan sonra P.Qadenin silahlı qruplaşması Cənubi Sudan ordusunun hərbi hissələrinin birində xidmət edəcəkdir. "Frans Press"in məlumatına görə, P.Qadenin qruplaşmasında 10 min nəfərə yaxın silahlı fəaliyyət göstərir. "Röyters"in məlumatına görə, P.Qadenin qruplaşması vuruşmağa qadirdir, ancaq Cənubi Sudanda onun kimi daha altı hərbi birləşmə mövcuddur.

Cənubi Sudan dövləti 2011-ci ilin 9 iyulunda müstəqillik qazanmışdır.

Digər xəbərlər