PDF Oxu

Dünya

  • 975

BMT TŞ Suriyadakı zorakılığı ittiham edib

BMT TŞ Suriyadakı zorakılığı ittiham edib

"Frans Press" informasiya agentliyinin avqustun 4-də yaydığı məlumata görə, BMT-nin Təhlükəsizlik Şurası Suriya hökumətinin dövlət əleyhinə etiraz aksiyaları iştirakçılarına qarşı kobud rəftarını ittiham etmişdir. Təhlükəsizlik Şurası öz bəyanatında bildirmişdi ki, Suriyada yüzlərlə adamın həlak olmasına təəssüflə yanaşır və ölkə daxilində vəziyyətin gərginləşməsini kədər hissi ilə qarşılayır.

Sənəddə Suriya hakimiyyət dairələrinin insan hüquqlarını kobud tərzdə pozulması kəskin surətdə tənqid edilir. BMT TŞ Yaxın Şərq ölkələrini beynəlxalq hüquq normalarına riayət etməyə və humanitar yardımların gerçəkləşdirilməsinə maneçilik törətməməyə çağırmışdır. BMT TŞ həm də Bəşər Əsəd kursundan narazı qalan nümayişçilərdən tələb etmişdir ki, "qisas aktı"na son qoysunlar və dövlət müəssisələrinə hücum etməsinlər.

BMT TŞ iştirakçı ölkələri bir neçə həftə ərzində Suriya hadisələrinə münasibətdə ümumi fikrə gələ bilməmişlər. Rusiya, Çin və digər ölkələr əvvəllər Suriya hakimiyyəti dairələrinin ünvanına kəskin ifadələr işlətdilər. Ancaq üçgünlük müşavirə nəticəsində onlar yalınz Suriya hökumətinin yox, həm də müxalifətçilərin zorakılığını ittiham edən bəyanat yaydılar. Rusiyanın BMT-dəki nümayəndəsi Vitali Çurkin sənədin yekun versiyasının "balaslaşdırılmış" tərzə olduğunu bildirmişdir.

Suriyada hökumət əleyhinə üsyan 2011-ci ilin martında başlanmışdır. Son vaxtlar konflikt daha da dərinləşməyə başlamışdır. Hakimiyyət dairələrinin Hamanı hücumla ələ keçirməsi beynəlxalq ictimaiyyətin tənqid hədəfinə çevrilmişdir. Şəhər ağır tanklardan və artilleriya silahlarından atəşə tutulmuşdur. "Əl-Cəzirə" telekanalının məlumatına görə, Hama uğrunda gedən döyüşlərdə ən azı 140 nəfər həlak olmuşdur.

Digər xəbərlər