PDF Oxu

Dünya

  • 1 029

Medvedev özünü Saakaşvilinin xilaskarı adlandırıb

Medvedev özünü Saakaşvilinin xilaskarı adlandırıb
Rusiya prezidenti Dmitri Medvedev belə bir bəyanat vermişdir ki, gürcüstanlı həmkarı Mixail Saakaşvili öz postunda qalmasına görə, ona minnətdar olmalıdır. D.Medvedevin dediyinə görə, 2008-ci ilin silahlı konflikti zamanı Rusiya ordusu Tbilisiyə getsəydi, "hazırkı Gürücstan prezidenti postunda Saakaşvili yox, başqası əyləşmiş olardı". Rusiya prezidentinin dediyinə görə, ordunun Gürcüstan ərazisinə yeridilməsində başlıca məqsəd təcavüzün dayandırılması idi. D.Medvedev onlarla Rusiya sülhməramlılarının öldürülməsində Saakaşvilinin məsuliyyət daşıdığını bildirmişdir. "Mən bunu heç vaxt ona bağışlamayacağam" deyə Rusiya prezidenti bildirmişdir. D.Medvedev M.Saakaşvilini qanuni yolla seçilmiş prezident adlandırmış və ona qiyməti gürcü xalqının verməli olduğunu bildrmişdir. D.Medvedev növbəti Gürcüstan prezidentinin Rusiya ilə münasibətləri bərpa edəcəyinə əmin olduğunu vurğulamışdır.

Digər xəbərlər