PDF Oxu

Dünya

  • 1 019

Braziliyanın müdafiə naziri istefa verib

Braziliyanın müdafiə naziri istefa verib
Frans Press" informasiya agentliyinin yazdığı məlumata görə, Braziliyanın müdafiə naziri Nelson Jobim avqustun 5-də tutduğu postdan istefa vermişdir. "N.Jobimin istefa haqda təklifini prezident Dilma Ruseff qəbul etmişdir" deyə agentliyin müsahibi bildirmişdir. Braziliyanın yeni müdafiə naziri postuna əvvəllər ölkənin xarici işlər naziri işləmiş Selso Amorim təyin edilmişdir.
Braziliya prezidenti administrasiyasının nümayəndəliyi N.Jobimin istefasının səbəbini açıqlamamışlar. "Frans Press" məlumat verir ki, N.Jobim yerli jurnallarından birinə verdiyi müsahibədə hökumət nümayəndələri olan bir neçə qadının ünvanına tənqidi fikir söylədiyini bildirmişdir. N.Jobim prezident administrasiyasına başçılıq edən Qleysi Xoffmanın "hətta ölkənin paytaxtının adını bilmədiyini", institusional təhlükəsizlik məsələləri üzrə kabinetin başçısı İdeli Salvatinin "idarəedici gücü" olmadığını bildirmişdir. N.Jobim həm də etiraf etmişdir ki, 2010-cu ilin oktyabrında keçirilmiş prezident seçkilərində Dilma Ruseffə səs verməmişdir.
N.Jobim 2007-ci ildə Braziliyada prezident postunda Luis İnasiu Lula da Silva oturarkən, 2007-ci ildə müdafiə naziri postunu tutmuşdur. O, Braziliya, Rusiya, Hindistan, Çin, 2011-ci ilin fevralından isə, CAR kimi inkişaf etməkdə olan nəhəng ölkələrin qeyri formal birliklərinin işində fəal iştirak etmişdir.

Digər xəbərlər