PDF Oxu

Dünya

  • 987

Liviya üsyançıları Qəddafinin oğlunun öldüyünü bildiriblər

Liviya üsyançıları Qəddafinin oğlunun öldüyünü bildiriblər
"Frans Press" agentliyinin yaydığı məlumata görə, NATO qüvvələrinin Liviya ərazisində apardığı hərbi əməliyyat nəticəsində Müəmmər Qəddafinin oğullarından biri qətlə yetirilmişdir. Məlumatı agentliyə üsyançılar ötürmüşlər. Məlumata görə, ölən M.Qəddafinin kiçik oğlu və Liviya ordusunun xüsusi dəstəsinin 32-ci briqadasının komandiri Hamis olmuşdur.
Həmis Qəddafinin öldürülməsi haqda məlumat 2011-ci ilin martında da yayılmışdı. Ancaq məlumat yayıldıqdan sonra onun videoyazısı nümayiş etdirilmişdir və məlum olmuşdur ki, o, sağdır. Həmkarları isə xəbər verdilər ki, Hamis briqadaya komandanlıq edir.
M.Qəddafi tərəfdarları ilə üsyançılar arasında qarşıdurma fevral ayında başlamışdır. Mart ayından etibarən, Qərb ölkələri Liviya ərazisində aviasiya bombardmanı həyata keçirməkdədir. Bu əməliyyatın məqsədi dinc əhalini qorumaqdır.
Hər iki qarşıduran tərəf tez-tez uğur qazandıqları haqda məlumat verirlər. Avqustun 4-də Qəddafinin digər oğlu Seyf əl-İslam üsyançılara qarşı qətiyyətlə mübarizə aparacaqlarını bildirmişdir.

Digər xəbərlər