PDF Oxu

Dünya

  • 1 044

Missuridə 50 minədək ev işıqsız qalıb

Missuridə 50 minədək ev işıqsız qalıb

"Kanzas Citu Star" yerli nəşrinin məlumatına görə, Missuri ştatının Kanzas-Siti bölgəsində tüğyan edən fırtına 50 min evin işıqsız qalmasına səbəb olmuşdur. Meteoroloqların məlumatına görə, şəhərin bəzi dairələrində küləyin surəti saniyədə 33 metrə çatır. Leysan yağışlarla müşayiət olunan külək ağacları yerə yıxmış və elektrik naqillərini qırmışdır. Bir neçə yol yıxılmış ağaclar vasitəsilə blokadaya alınmışdır.

"Zülmət qaranlıq idi və leysan yağış yağırdı. Mən pəncərəyə baxdıqda, gördüm ki, yıxılan ağac maşınımın üstünə düşüb" - deyə yerli sakinlərdən biri KCTV telekanalına bildirmişdir. Avqustun 7-də bir neçə saat aramsız davam edən fırtına dayanmışdır. Sinoptiklərin məlumatına görə, avqustun 8-də leysan yağışla müşayiət olunan fırtına təkrar olunacaqdır. Kanzas-Sitidə davam edən havasızlıq şəraiti iyulun ortalarında ABŞ-ın mərkəzi rayonlarında mövcud olan güclü istilik nəticəsində daha da mürəkkəbləşməyə başlamışdır. Ötən vaxt ərzində havanın temperaturu 32 dərəcə Selsi həddində olmuşdur.

Digər xəbərlər